Cuma , Nisan 26 2024
fatr

Qaşqayı elində toy törəni

(Kaşkay şivesinde)

Bu yazı “Ozan” dərgisining birinci sayısında yayınlanmışdır.

 

 

 Doğanıng baş quralı canlılarıng doğması və törənməsidir. Zaman ilrələdikçə insan toplumunun bu qurala boyun əğəməsi, göz qamaştıran törələr və törənlərinən qutlanıbdır. Evlənib soyları soylandırmaq için hər ulus arasında çoxlu törələr və dəblər ortaya qoyulubdur. Çağdaş dönəmdə insanlarıng baxış açılarınıng dəğişdiği için bu törələr, çoxraq işləmlərini əldən verməkdədir, qaşqayı eli köçəri olduğu için yaxın çağlaraçan bu törələri qorumağa çalışıbdır.

Amma indilər köçərilikdən uzaq duşub şəhər yaşamına qoşulmaq, yavaş-yavaş törələring unudulmasına və yengi dəbləring əski dəbləring yerinə oturmasına yol açıbdır.

Qaşqayı Türkləri arasında subay qalmaq çox əksiklik və aşşağılıq sayılır. Subaylara yaxçı gözünən baxılmaz və subaylarıng tez zamanda evlənməsi istənilir.

Qaşqayılar için evlənməğing əng gözəl sonuclarından biri uşaq əğəsi olmaqdır. Özəlliğinən oğlan uşaqları qaşqayı ailalarında çox dəğərli və önəmli yer varlarıdır. Oğlanlar bir yandan ailəning soyunu sürdürür, və bir yandan da güclü bir işçi və savaşçıdırlar. Çoxu ana atalar qız uşağını özgə gəlini bilərkən, oğlan uşağını daha artıq mənimsəyirlər. Oğulu olmayan bir eving ocağınıng kor olduğuna inanarlar. Oğulları olmayan obalar bunu başaşağılıq bilirlər. Oğlan doğmayan xatınlar və ya tək oğlanları ölən yaşlı xatınlarıng birparası kişining istəği olmadan bilə gedib ərinə cahal xatın istəməkləri görünmüşdür.

Bu yazıda qaşqayı toy törənlərindən qıssa bir tanıtımımız olacaqdır.

Bu yazıda gələn bilgiləring qaynağı 60 yaşında olan Rudaba xanım Əhmdinejad Qaraçaylı, Qaraçayı tayfası, xan Əhəmədli tirəsindəndir. Birpara bölümlər Doktor Mənüçehr Kiyanining tacik dilində yazılmış “Siyəh çadırha” kitabından çevirilibdir. O paragraflar bu siməgəynən(*) bəllənibdir.

Qaşqayı Türklərining toy dəbləri:

Qaşqayı elində toplumsal qat ayrımı çox önəmlidir. Eling toplumsal quruluşu öncədən bəlli olduğu için hər evlilik öz qatından olan biriynən olmalıdır. Cahallar öz qatlarından olmayan biriynən evlənəbilməzlər. Xanlar və kəlantərlər heç halda qızlarını aşşağı qatdan olan birinə verməzlər. Çoxu qızlar varımış ki bu qurala görə evlənəbilməyiblər. İndi çox tirələr arasında bu qural daha azalıbdır.

Çağdaş yaşamda bir evliliğing başlaması gənəldə bir qız və oğlanıng görüşüb tanışmasıynan olur. Ama yaxın gəçmişdə evlilikləring payası ana və atanıng istəği və bəğənisiynən qurulurdu. Bu istəğing əng basqın durumu “göbək kəsmə” törəsindəydi. Yaxın qohumlar arasında birbir ardından doğulan ikki uşağıng göbəği körpəlikdə kəsilirdi, yanı bunlar körpəlik çağlarında adaxlanırmışlar. Birpara vəqtlər uşaq doğulanda mamaçalar şoxluğunan qarışıq bu qonuyu ortaya atırlardı. Yanı o toplumda olan oğlan anasına, yengi dünyaya göz açan qız körpəsiynən oğlanıng göbək kəsmə olmasını önərirmişlər.

Oğlan uşağınıng anası gəlib qızıng göbəğini özü kəsirmiş ya da mamaçalar o xatınıng niyətinə göbəği kəsirmişlər.

Beləliğinən uşağıng gələcəkdə kiminginən evlənəcəği ana-ata istəği üzündən bəlli olurmuş.

Bu durumda qızınan oğul yetişkin olmayınca onlara heç bir söz deyilmirimiş.

Bir ayrı özəl durum qızı “qan yerinə” verməkdir. Birpara evliliklər qaşqayı elində ikki qanlı tayfa arasında olar, bu durumda qan tökülməğə dur demək için suçlu tayfadan bir qız o birsi tayfaya gəlin olaraq qan yerinə verilir. Bu evlilikləring adı “qan bəs”dir.

Gəlinləri ər obası çox incidəndə deyərlər: məyə qızımızı qan yerinə vermişik?! Beləliğinən qız yaşamını atası, qardaşları və tayfa ya tirəning o birisi öğəlrinə görə yandırmış olurdu, amma bu özgeçlik el və tayfaya barış gətirmiş olurmuş.

Qaşqayı Türklərining evlilikləri gənəldə qohum arasında olar. Yuxarıdaki özəl durumlarıng heç biri olmadığında ana-atalar bəğəndikləri qızı oğlana önrirmişlər, oğlan da gənəldə ana-atanıng sözü üstünə söz gətirməyib onlarıng bəğəndikləri qızı qəbul eyləyirmiş.

 

 

 

Evlilik aşamaları:

  • Sowculuq və elçilik:

İlk başda oğlan ayılasınıng gövənilən bir tanışı (bir ağsaqqal yoxsa ağbirçək), qız obasına sarı gedib qızlarına “istəkçi” olur buna “sowculuq” deyilir. Qədim zamanlar qızıng görüşü alınmadan atası özü doğru bildiği təsmimi tutarmış, gənəldə qızıng anasınıng da baxışı soruşulmazımış. Qız obasınıng onayı alınandan sonra “elçiləring” gəlməsinə yol açılar. Asıl elçilik için obanıng ağsaqqalları qız evinə yığışır və kəsin sözü alırlar.

Bu törəndə gənəldə xatınlar olmazdı ama birpara tayfalar oğlanıng anasını da elçiliğə apararmışlar.

  • Başlıq kəsmək:

Bu törəndə tanılmış və genəldə yükəsk qatlardan olan ağsaqqallar başlıq için gəlirlər. Bu oturumda xatınlar və kişilər ayırı otururlar. O gecəning yeməği və xərcləri oğlan obasınıng boynundadır. Oğlan obası gəççi ya oğlaq ya quzzu ətı, qənd, düğü, yağ, çaha, tanbakı və başqa yeməli– içəməliləri özləriynən gətirərlər. Bu apardıqlarınıng adı “bayruzu” ya “payruzu”dur. Oğlan obasından neççə xatın bayruzuyu qonaqları ağırlamaq için hazırlayıb və yeməklər bişşirirlər.

Bu törəndə olan adamlar genəlliğinən tayfanıng böyükləri olduqları için elə bu gecə ikki ailələr arasında başlıq kəsilir və bir kağız yazılır və imzalanır. Toyda bu kağızı məhəzərə aparırlar. Toy törənining günü və məhriyə də bu gecə bəlli olur. Beləliğinən bu iş tam kəsinləşir.

Başlıq pulu genəldə qıza “pəşə”(cehiz) almaq için alınır. Başlığıng neççə olduğu qızıng soy-sappı, gözəlliği, kimliği və tayfasınıng böyüklüğü və gücünə bağlıdır. Qohum arasındaki evliliklərdə başlıq daha az olur ama özgə tayfalar və tirələr için dəğəri üstə gedir. Başlıq malları nəqd pulT, birpara vəqt qoyun, dəvə ya atdan oluşur(*).

İndiki çağda artıq pul alınır.

  • Şal-əngüştər törəni ya nışanlanmaq:

Başlıq kəsmək gecəsində xatınlar kişiləring işi kəsinləştirməsini gözləyirlər. Kağız imzalanandan sonra xatınlar şal-əngüşətər törənini kil çəkməğinən başlarlar.

(kil çəkmək: toylar və sevincli olaylara özəl bir tür səsdir; xatınlar əllərini ağızlarınıng önünə tutub buğazdan səs çıxardarlar.)

Oğlanıng ailəsindən sarı, qıza sowqatlar verilir. Qıza neççə tikkə qızıl və neççə qavara parça və ya yerli geyimlər pay verilir. Daha əskilərdə qızıl az olduğu için təkcə sıradan və qızıl olmayan bir üzük qıza verilirmiş.

Bu törəndən sonra ikki oba arasında ged-gəllər başlanar. Gəçmişdə adaxlılar çox görüşəbilməzdilər, təkcə ailələr görüşəndə bu olasılıq cahallar için yaranardı. Başlığıng puluynan qızıng ana-atası gedib qıza alış-veriş edərlər. Qız obasınıng hazırladıqlarına “örtü ya örtük vermək” deyərlər.

Gəlining olmazsa olmazı mixək-məlhowdur. Çün bu ikki toxum olduqça iğli-ətirlidirlər. Toydan iləri qız obasınıng qızları və xatınları yığışıb gəlin için bəzəklər dizərmişlər.

Bu süsgələr mixək, məlhow, daşlar və boyaqlı muncuqlardan oluşur. Bu süsgələr qolbağı, boyunbağı, çəngə altı asmalığı, adma, bazıbəndlər və duvaq sancağıdır.

Qız obasından neççə başaracaqlı xatın qıza gəlin çapıtı tikkirlər. Gəlining geydiği paltar kəsin yengi olarmış. Oğlanıng geyimi də öz obasında tikilir.

  • Oxçuluq/ oxuçuluq:

Tayfalar, tirələr və bunkular birbirindən ıraq olduqları için toya çağırmağa atlılar gərəkir. Adları “oxçu” ya “oxuçu”ya “oxudçu” olan bu atlılarıng işi qonaqları toya çağırmaqdır. Genəldə qonaqlar üç, beş ya da yetdi gün toydan iləri çağırlanırlar. Oxçular atlarınıng boyununa boyaqlı yağlıqlar(məndil) bağlarlar. Oxçular bu çadırdan o çadıra gedib qonaqları çağırarlar və qarşılığında zəhmtyana olaraq toya oxunmuş qonaqlardan sowqat alarlar. Oxçu sowqatı pul olanda, adına “oxçu pulu” deyərlər, birpara tirələrdə bu sowqata “parənc”(ayaq sağlığı)deyilir.

 

 

  • Xına bağlamaq(xına gecəsi):

 

Toyung axşamı yanı dünəng gecəsi obalarda xına bağlanar. Kürəkən obasından neççə yaxın qohum at ya dəvə bəzəyib qızıng evinə gedərlər. Oğlan obasınıng xatınları qızıng saççı, əlləri və ayaqlarına xına yaxarlar.

Varlı ailələr özləriynən usta(çalqıçı) və saz(zırna) –nağara da apararlar(*).

Birpara çağlar qızıng atası izin verirsə asanaklar oxunur və kil çəkilir. Oğlan evində də kürəkənə xına yaxarlar.

Toy hazırlıqları:

Toya yaxın çağlarda birpara sowqatlar qız obasında hazırlanar. Bu sunumlar corab, tutun turbası, çəntə, yağlıq, köynək və cecimdir. Rəşmə adında bir ip də atlılar için hörülər(*).

Bunları gəlin toydan sonra girdək açmaq görüşünə gələn qonaqlara sunacaqdır. Qız obasında birpara yastıq, qəndqabı təkin zadlar da cehiz olaraq tikilir. Toyung bütün xərci oğlan evining boyunundadır.

Oğlan evining xərci və işi çox olduğu için hammı tirə-tayfa köməkləşər. Bu köməklər odun yığma işi, oxuçuluq, çadır qurmaq təkin işlərdir. Odun yığma əng önəmli işlərdən biridir. Birpara qohumlar dağa gedib toy obası için odun yığarlar və bu odunlara boyaqlı yağlıqlar bağlayıb mutluluq diləkləriynən toy əğəsinə verirlər. Yoxsul ayılalarıng toyluğu bir eşşək yükkü odun olarmış(*).

 

  • Diği(düğü) döğmək:

Toydan bir ikki yetdicə iləri düğü döğülürmüş. Gəçmişdə düğülər ağarmamış və kəpəkli olduqları için döğülməliydilər. Bu iş için oğlan obasınıng qızları və xatınları toplanıb asanaklar yırlayaraq bu işi görürlər. Bu xatınlara “iməci” deyərlər. İməcilik genəldə pulsuz və zəhmtyanasız yardım etmək anlamındadır.

Düğüyü dibəğə(həvəngə) töküb dəstəynən döğərlər, dəstələring başına boyaqlı yağlıqlar düğünlərlər. Boyaqlı yağlıqlar şadlıq simğəsidirlər. İkki xatın qarşı-qarşıya durub düğü döğərlər.

Bu işi görəndə yorqunluq yaranmaması için xatınlar biri_birinə qarşı bu törənə özəl “hayna həley hayna” adlı qoşquyu səs-səsə qoşub yırlayarlar, ağaclarıng dibəğə dəğməsi və qoşqunung ritmiynən birlikdə gözəl bir ortam yaranır:

Hayna hayna hayna

Hümmə həley hayna

Siz də deying hayna

Biz də derəg hayna

Varı deying hayna

Otayda yar obası

Döğülür nağarası

Buğça gətir gül apar

Xəlvətdir bağ arası

Hayna həley hayna

Siz də deying hayna

Biz də derəg hayna

Varı deyəg hayna

Kəhər atıng qulunu

Məxəməl eding çulunu

Biz gəlmişik aparag

Sizing bağıng gülünü

Ülgərəm aya bəndəm

Çeşəməyəm çaya bəndəm

Üzüng döndər bir öpəm

Həsrətli vayaməndəm

Hayna haynalı qızlar

Cebi aynalı qızlar

Aynayı ver mən baxam

Qəşəng deməli qızlar

Ayaydındır, ay batmaz

İtlər dolanır yatmaz

Şahmar çalsın anangı

Ki səndən ayrı yatmaz

Dağdan endirdim qarı

Məcməyə düzdüm narı

Bəzətdim yola saldım

Nazlı qəməzəli yarı(*)

 

Toy kərrəsi:

Toy yeri düz, geniş və genəldə bir çəmlik səçilir. Çəmənliğing dowrunda çadırları qurub ortaya da toy kərrəsini qalayarlar. Toy kərrəsi böyük daşlarıng biri-biri üstünə qalanmasından oluşur. Toy kərrəsi qurru kərrəhdir yanı daşlarıng bərk durması için arasına çamır tökməzlər çün gəçici bir törən için bu daşlar bir-biri üstünə qalanıbdır və toydan sonra kərrəh bozulacaqdır. Toy kərrəsining ucalığı bir yarım ərşinəçən yetişər. Kərrəning üstünə çoxca odun qalayırlar. Odunları axşam çağı yandırıb kərrəhing dowrunda halay oynayarlar. Aslında kərrəhing qutsallığı vardır. Toy içində kərrəhing bozulması uğursuzluqdur.

Birpara toylarda kərrəh yerinə ortada dirəklərinən bir çadır quruluşunda düzənək düzəldərlər, bu dirklərə gumbul(qotaz) suslu iplər dolayarlar. Gözəl görünüm əldə edən bu quruluşun dowrunda halay oynarlar.

 

Baydaq:

Bu baydağı toyda oğlan obasınıng çadırı üstünə tikkirləyərlər.

Baydağı lowzi biçimində bir xaç ağaca bərkidərlər. baydağıng sağ-solundan gumbul asarlar. Baydağıng başına gəçmişdə bir qızıl(altın qırmızısı)alma taxardırlar, indilər bir kəllə qənd asırlar, toyung sonunda obanıng cahalları bu qızılalmayı ox ya gülləynən vururlar.

Baydaq qaşqayı Türklərining özəl boyaqlı yağlığıdır. Bu baydaq əskidən bəri qaşqayı Türklərining siməgələrindən biri sayılır. Baydağıng tam ortası gülgəz boyağında olur, sonra ağ, sarı, genədən ağ və əng son yaşıl olur. Birpara yağlıqlarda yaşıl yerinə göy boyağı olar.

 

Toy törəni:

Qaşqayı Türklərining toyu genəldə səhər danı başlanır, mehtər gah çağından gəlir. Toy “səhər ağazı/ səhər avazı” havasıynan başlanır. Mehtərlər saz və nağarayı çalmağa başlayanda oğlan obasından bir xatın, mehtəring sazınıng buğazına bir yengi yağlıq bağlayar. Bu qəsdən(havadan) sonra qonaqlar toy meydanına sarı yola duşub çadırlarda əğləşərlər. Həley oynayan xatınlar da meydanıng ortasında böyük bir yuvarlaq sırada oyuna qarışarlar.

Toyung xərcini qonaqlar doldurmalıdırlar. Yanı genəldə toyda xərclənən pul qonaqlarıng toy yanalarıynan qayıdar.

Yoxsul qonaqlar bir-ikki yük odun toyluq gətirirlər. Varlılar quzzu ya oğlaq verirlər. Xanlar və varlılar artıqraq nəqd pul toyluq için verirlər. Birpara çağ neççə yoxsul birlikdə yığışıb bir quzzu gətirərlər. Ya hər tirə ya bunkudan toplanan 40, 50 nəfər 20yə yaxın quzzu gətirirlər. Bu quzzularıng dalını və böğrünü boyuyarlar. Birpara vəqt bu gətirilən qoyunlar həm toyung yeməğinə yetişir həm toydan sonra neççə quzzu artıq qalır, beləliğinən toy əğəsinə də böyük bir yardım olur. Yemək için hər 4 ya 5 nəfər adama bir böyük tabaqda ətli polow verilir. Yeməkdən iləri biri aftafa-ləğən və bir howlu dolandırar ta qonaqlar əllərini yuyalar(*).

Çalqılar və oyunlar:

Hər tirə ya tayfa özünə özəl çalqıçı varıdır. Çalqılar saz (zırna/ surna) və nağaradan oluşur. Birpara toylarda kərəney, sıtar, ney və kamança da olar. Toyung başlanışı “səhər avazı ya səhər ağazı” qəssiynən bəlli olur. Kişiləring oyunu için “cəngnama” çalarlar.

Oyunung adı “towlu”/”həcənhey”/”tərkə oyunu”dur. Bu oyun bir savaş oyunudur. Bu oyunda qaşqayı kişiləri özəl yerli geyim geyərlər. Bu geyim şal, arxalıq, sərmə, çuqqa, zınhara və börkdən oluşur. Bu oyunung amacı hər tirə ya tayfanıng savaşçılıq və qoçaqlığını görsətməkdir. Bu oyun qoçaqlıq və çiriklik yarışıdır. Oyunda birilərining bacağınıng sınması da görünübdür. Bu oyunda adernalin yükəskdir və gərçək vuruş və savaş çıxma olasılığı vardır.

Birpara toylarda qoçaq atlılar görməli oyunlar sərgilərlər. Örnək: at çapdıraraq nışan vurmaq, atıng qarınınıng altına girmək, yerdən yağlıq götürmək təkin işlər görülür.

Qaşqayı xatın oyunu “həley/ halay”dır. Toy kərrəsining üstündə od yandırılır, qızlar, qız gəlinlər və xatınlar yerli geyimləri geyib bu odung dowrunda boyaqlı yağlıqlarınan həley/halay gedərlər. Oyun ağır həleyinən başlayar, orta həleyinən ardı gəlib, yorqa həleyinən sona çatar. Dəğişik tayfaların ayrıqsı oyun hərəkətləri vardır.

 

Gəlin gətirmək:  

Gəlini gətirməkdən iləri, kürəkəni çimdirib; üz- başını arındırıb, yengi paltarlar geydirirlər. Bu işləri görəndə oğlanıng başına pul tökərlər.

Bu pullar xətirə(səlmanıya) yetişər. Birpara tayfalarda bu pulları şabaş için kürəkənə toy xərci yardımı olaraq verirlər. Şabaşı verəndə biri “ay şabaş, ay şabaş!” deyə çağırar. Hər kim öz gücünə görə pul verir, hər nə verilsə verdiğining 10 qat artığını ucadan deyərlər(*).

Birpara tayfalarda kürəkəni, gəlining gəldiğindən iləri, öz obasından olan birpara kimse vurur. Kürəkən kötək altından qaçıb bir yeləni/gərməni dolayır özünə, beləğin vuranlar kürəkəning başından əl çəkərlər. Gəlining yurdu uzaqda olursa təkcə atlılar gətirməğinə gedərlər. Atlılar çadırlarıng dowruna dolanıb, güllə atarlar.

Xatınlar da kil-habalaq çəkərlər, karvanınan birlikdə saz nağara da gəlir.

Qız o günü öz çadırlarında durmaz, yaxın qonşunung çadırına gedib orada kürəkən obasınıng yolunu gözlər. Bu işing nədəni atası və qardaşlarından utandığıdır. Kürəkən karvanı yetişəndən sonra qızı ata çadırına qaytararlar, xatınlar qızıng dowruna yığışıb saçınıng önünü kutta edərlər.

Birçəği qısaldıb anlınıng üstünə tökərlər, bu qısa birçəğə “çətir” deyirlər. Üzününg ikki yanına tökülən saçlara “zulf” deyirlər, o saçları da yarılarınaçan kutta edirlər. Bu qısa zulflarıng adı yarım zulfdur. Sonra qızıng paltarını dəğişib, süsgələri taxıb gəlining gözünə sürmə sürərlər. gəlining üzündə başqa bəzək olmazmış, gəlining qaşı və üzününg tükkünə də dəğməzmişlər.

Gəlining üzününg görünməməsi için başına ” duvaq/ dubaq” adında qırmızı boyaqda bir yağlıq atırlar. Duvağı bir süslü sancağınan bərkidərlər. Bu süsgəning içində bağ gülü (qızıl gül), mixək və məlhow olar.

Sonra oğlanıng qohumları qızıng başına yığışıb belə yırlayarlar:

Gəlinə bax gəlinə, əlini qoymuş belinə

Gəlinə pis deməying qaçar gedər elinə

Gəlin gəlir xan gəlir, bizim elə can gəlir

At gətiring cullayıng, tavus nəqşə yollayıng

Libasını tez geysin, yola salıng ta gəlsin

Bizim oba ıraqdır, gəlin gəlsin tez minsin

Üç bacınıng birisi, qədəmləri göz üstü

Gəlin beli inçədir, varımızdan ucadır(*)

Birpara tayfalarda oğlan və qızı bağlandıran kağız bu gün yazılar, amma birpara dahasında başlıq gecəsi kağız yazılıb imzalanar yoxsa barmaq basılar. Hər halda bu kağız bu gün əng yaxın şəhərə, aqıd ya şıx əlinə çatması için göndərilir. Bir yetgili buluşub siğəyı oxuyana çan gəlin girdəkdə tək başına qalar, kürəkən də girdəkdən uzaq durar.

Gəlini aparanda qızıng atası yoxsa qardaşı qızıng belinə bir qurşaq bağlayar. Bu qurşaq qızıng əl dəğilməmişliğining bəlirtisidir. Sonra qızıng anası kürəkəning atasından “sut payı” istər. Ana deyər bu qıza çəkdiğim zəhəmətləring Qarşısında sən mənə süt payı verməliying.

Gəlin yola düşəmədən öncə anası biraz duz, arpa, zirə, çörək kürəkəning atasından aldığı sut payısı və baba ocağınıng kulunu bir buğçaya qoyub gəlining belinə bağlanan qurşağa qoyar. Uzaq yola gedən gəlining belinə zirətow və halvayı çörək arasına qoyub bağlayırlarımış. Bu işlər qızıng yaşamına uğur və bərəkət verilməsi için görülürdü. Sonra ocağıng üstünə bir sacı qoyurlar, üstünə bir boz palas atırlar (boz palas üstündə çörək yaparmışlar). Gəlin üç kəşə ocağıng dowruna dolanıb ocağı öpər.

Gəlin ailəsiynən xoşcaqallaşıb ata sarı gedər. Gəlining atınıng owsarını xətir tutar .

(xətirlər qaşqayı Türklərining əng aşşağı seviyə qatıdırlar. Xətirləring işi oğlan uşaqlarını sünnət etməkdir, baş qırxmaq və diş çəkmək təkin işlər də görərmişlər.)

Bir daha dəb də oğlan obasınıng gəlin evindən gəlini aparanda gizlincə birpara zadları oğurlamalarıdır. Örnək: qab qacaq, toxumalar və … . Birpara vəqtlər bu iş sorun və qalmaqal yaradar(*).

Gəlin yola düşəndə usta “anam hay/ nənəm hay” çalmağa başlayar. Bu qamlı və üzgün qəss gəlining anasını və yaxınlarını ağladar və beləliğinən qız göz yaşlarıynan bowa(baba) ocağından ayrılar.

At üstündə gəlining tərkinə bir oğlan uşağı oturdarlar. İnanclara görə bu iş ilk uşağınıng oğlan olmasına etkili olur. Gəlinən birlikdə qıza çox yaxın olmayan bir xatın (anası ya bacısı olmayan biri) toy obasına gedərmiş. Girdək açılandan sonra bu xatın öz obasına qayıdardı.

Oğlan evining xatınları birpara asanaklar qız evinə sarı yırlayarlar.

Oğlan obası deyər:

Obamız sərhəddədir

Meylimiz şərbətdədir

Biz ki qızı apardıg

Düşmənlər həsrətdədir(*)

otay butay bizimdir

Əqiq mərcan bizimdir

Biz kıxaya qız vermək

Kıxa qızı bizimdir

Yük üstündə kücü var

İkki zulfung ucu var

Biz gəlmişəg aparag

Tayfamızıng gücü var.

Bu asanakları qız obası belə yanıtlar:

otay butay sarmısaq

Sarı köğnək sarmısaq

Əzabını mən çəkdim

Götürdü getdi qurrumsaq

Bütün yolda ustalar saz-nağara çalarlar, sazəndəyi ata mindirib, nağaraçıyı da eşşəğə mindirirlər. Nağaraları eşşəğing dalında okkaş adında toxumada yerləştirirlər. Yaxın aralıqlarda nağarayı birisining çiğini üstündə bir okkaş təkin zada qoyarlar. gedə-gedə çalqıçı nağarayı döğər.

Gəlin gələndən sonra cahallar baydağıng üstündəki qızıl almayı ya qənd kəlləsini nışanlayıb gülləynən vururlar. Gəlin toy obasına yetişib atdan inəndən sonra bir bardaq su əlinə verirlər, gəlin bu suyu geriyə sarı boşaltmalıdır. Birpara obalarda kürəkən gəlinə sarı bir qırmız alma atar. Bir də dibək-dəstə(həvəng-dəstə) gəlinə verirlər, bu dibək və dəstəsini gəlin başından geriyə pırx edər.

Birpara obalarda bir ləğənə su töküb gəlining ayağını bu suya battırarlar, bu suyu uğur olaraq çadırıng dowruna səpərlər. Sonra gəlining qarşısında bir qoyun qurbanlıq edərlər.

Diz ayağı:

Gəlin çadıra girəndən sonra dizayağı istəyər. Ya da gəlin atdan inməmiş gəlining yanında gələnlər inməsinə qarşı qoyub kürəkəning atasından dizayağı istərlər. gəlinə verilən dizayağı gənəldə cecim, kilim, mərfəc, at, qoç təkin zadlar olarmış. Bunlar gəlining özəl varlığı sayılar.

Girdək (Gərdək):

Girdək çadırı böyük çadırıng yanında qurulu, içi bəzənir. Çadırıng yerinə “murd”(mərsin) adında bir ağacıng dal-budağı atılır. Bu ağac gözəl iğlidir, tez kök salan və çoxalan ağacdır, ona görə bu ağacıng girdəkdə olması simgəsəl bir nədənə görədir.

Gəlini girdəkdə “murd” budaqlarınıng üstünə oturdub qarşısına ayna və bir qab su qoyurlar. Törəning sonunda bir ağsaqqal kürəkəni gəlining yanına aparıb ikkisining əllərini biri-biri içinə qoyur(*).

Birpara varlı olmayan ayılalar girdək otağını ayılanıng çadırınıng bir goşasında hazırlayırlar. Bir cecimi girdək otağınıng duvarı olaraq uzaldıb, ceciming bir qanatını yelən(gərmən)ing bir yanına sancırlar, o bir qanatı da biraz aralı yerə sancıb bərkidirlər. Beləliğinən gəlin kürəkən için bir küçük otaq yaradırlar.

Birpara tayfalarda gəlining qohumlarından bir denəyimli və ağ birçək xatın ya obadan gəlin ailəsindən olmayan bir xatın gəlininən birlikdə oğlan obasına gəlir və girdəğing sonucunu oğlan obasına bildirir. Gəlin-kürəkənə girdək günləri zirətow bişirib içinə istilik darmanlar və otlar tökərlər. gəlin-kürəkən neççə günə çən girdək otağında yeyib içərlər.

Gəlin neççə gün girdəkdə qalandan sonra çıxıb oba yaşamına başlayar. Amma ondan iləri girdək açmaq və ayaq açmaq törənləri də gəçirilməlidir.

yağlıq tutmaq:

Qanlı yağlıq (məndil) gəlining qız olduğunung bəlgəsi təkindir. Gəlin bu yağlığı qayınanasına verməlidir. Qayınana bir dəğərli qanıt kimi bu yağlığı saxlayarmış. Bu işing adına yağlıq tutmaq deyərlər.

 

Girdək açmaq:

Girdək açmaq qohum qonşunung gəlin-kürəkəning görüşünə gedməsidir. Bu görüş gəlin-kürəkəning girdəğə girdiğindən ikki ya üç gün sonra olur. Girdək görüşünə saxıncasız xatın, kişi və uşaq gedəbilər. Girdək açmağa gələn ailələrə, gəlin bir küçük sowqat verir. Örnək:köynək, qumaş, corab, kişiləring cebinə qoyan yağlıq, tutun torbası, çəntə, şirinlik… təkin zadlar. Bunung qarşısında da qonaqlar onlara pul sowqat verirlər.

Girdək açmaqdan sonra oğlan obası gəlining əlini uğurlu bildikləri için un, düğü və taxıl torbalarına və duzluğa basarlar. Bu işlərinən uğur və bərəkəting obaya gəlməsinə inanarlar.

ayaqaçmaq / ayaq açı gətirmək ya geri çağırmaq:

Toydan neççə gün sonra qız obası kürəkən obasını neççə günlük qonaq çağırar. Oğlan obasını qonağlayıb sonrası da qıza bir dəğərli sowqat verərlər. Örnək: at, dəvə ,qoyun kimi mallar.

Bu sunumlarıng dəğəri qızıng atasınıng durumuna bağlıdır və adı ayaqaçma”dır. Bu toy törənlərining sonuncusudur.

Beləliğinən qaşqayı elindən bir obada toy törənləri qurtulmuş olur.

Paylaşınız

Dikatınızı çekebilir

Türk töresine dayanan güç

Türk töresine dayanan güç  İSA DOĞANLI “Memalik-i mahrusa-i kaçar” veya Kaçar’ın korunmuş toprakları, birinci Dünya

46 yorum

  1. At this time I am going away to do my breakfast, once having my breakfast coming over again to read additional news. Micheline Rick Dyan

  2. Why did you stop at 2016. You have a continual problem with old information that is, like you, worthless. Maye Aldous Trakas

  3. Hurrah! At last I got a webpage from where I know how to genuinely obtain useful data concerning my study and knowledge. Keely Udall Ultima

  4. If you wish for to increase your experience only keep visiting this website and be updated with the hottest gossip posted here.| Joye Giuseppe Ehrman

  5. Ender is playing winter ball. There are no stats that I can find yet. Marcia Kenny Keever

  6. Great blog! Is your theme custom made or did you download it from somewhere? A theme like yours with a few simple tweeks would really make my blog shine. Please let me know where you got your theme. Thanks a lot| Brittni Hermann Delamare

  7. Delcasse Yosemite is closer to 69-72 with flat nose good instead of slant back as 67-8 Germain Dilly Tonia

  8. Thank you ever so for you blog article. Really looking forward to read more. Keep writing. Maddalena Errol Joed

  9. I your writing style truly loving this internet site. Bettina Mendy Doxia Papagena Caldwell Graner

  10. It was great to hear from your family. You surely do keep up a busy pace. Veronika Tobit Erwin

  11. Excellent flavour and process. Gotta love a one-bowl! Tiphany Garv Pump

  12. Yes! Finally someone writes about turner917.bijou-luna.com/2021/01/12/slot-machines-당신이-임대하거나-소유해야합니까/. Arabella Garey Sanchez

  13. Quickly maximize timely deliverables for real-time schemas. Dramatically maintain clicks-and-mortar solutions without functional solutions. Dee Antone Byron

  14. Yes! Finally someone writes about bigpictureloans. Ira Devy Avram

  15. Coquettish darn pernicious foresaw therefore much amongst lingeringly shed much due antagonistically alongside so then more and about turgid. Faustina Reider Gerkman

  16. Enjoyed every bit of your blog article. Fantastic. Nancee Orland Dmitri

  17. Hello there. This blog is great You have a consistent visitor here. Marysa Boycey Erskine

  18. Having read this I believed it was rather enlightening. I appreciate you spending some time and effort to put this content together. I once again find myself spending a lot of time both reading and leaving comments. But so what, it was still worthwhile! Juieta Fidel Outhe

  19. thank you enough to appreciate you for giving me your very best. Glennis Curr Celeski

  20. Simply wanna comment that you have a very decent web site , I the design and style it really stands out. Melva Ozzie Cicily Nicola Jacques Ma

  21. we last talked, I was in the midst of defending myself from Wifey 101: Ignoring it Will not Make it go Away but because of the kitchen sink that was thrown my way I could only get to about half my Daphna Evelyn Sheff

  22. This post is genuinely a nice one it helps new web people, who are wishing in favor of blogging. Blakelee Efren Kerrill

  23. Your blog is interesting indeed. Keep it up. This also improves your language and writing power apart from socializing. Some times few persons may not agree to your views and post. These should be taken in stride. Your language must always be polite and not offensive. Never use abusive word even if many phrases are generally used in the society in a matter of fact way. I am writing this as many blogs on the site are full of abusive content and or with loose talk. Any such replies must be removed,Develop your language as a polished tool. Check for grammar and fluency. Bye. God bless you. Gert Stearne Sladen

  24. Fabulous, what a web site it is! This webpage presents useful information to us, keep it up. Olenka Marcellus Marybella

  25. As I website possessor I believe the content material here is rattling magnificent , appreciate it for your efforts. You should keep it up forever! Good Luck. Alfy Redford Hammad

  26. Howdy! This is my first visit to your blog! We are a group of volunteers and starting a new initiative in a community in the same niche. Your blog provided us valuable information to work on. You have done a extraordinary job!| Tillie Rex Nora

  27. https://www.lekekremim.com/ en iyi leke kremi satin alma sitesi ayrica web sitemizden parfum saç uzatma ürünleri cilt aydınlatıcı güneş koruyucusu gibi bir çok cilt ürünlerine sahip olabilirsiniz

  28. Retinol SerumCildnizi nemlendirecek ve canlandıracak
    yüz serumları
    Retinol Yüz Serrumu Retinol yüz
    serumu kullanın. İşe yarayan cilt bakımı! Konsantre halde
    eklenen
    E Vitamini ve Bitki Bazlı Gliserin, cildin nemlenmesine ve
    sakinleşmesine
    Retinol serum en iyisi retinol Krem Retinol, yaşlanmayı önleyici cilt bakım
    rutinlerine dahil edildiğinde,
    cilt yenilenmesini hızlandırmaya, kolajen üretimini artırmaya ve
    yaşlanma,
    düzensiz doku ve yaşlılık lekelerinin görünümünü azaltmaya yardımcı olur
    Siz de Kuru Saçlar için şampuan saçlarınız çokmu kuru?
    o halde neden hemen hc complex denemiyorsunuz?
    .

  29. Useful information. Lucky me I discovered your
    web site by accident, and I’m stunned why this accident didn’t happened earlier!
    I bookmarked it.

    Feel free to visit my website CBD for sale

  30. I don’t even know how I stopped up here, however I assumed this
    submit was good. I don’t realize who you might be however definitely you’re going to a famous blogger if you
    are not already. Cheers!

    Here is my site: CBD oil for dogs

  31. Hi there, its fastidious article concerning media print, we all be familiar with media is a impressive source of data.

    Feel free to visit my web blog CBD oil for dogs

  32. Quality content is the main to be a focus for the visitors to visit the web page, that’s what this web site is providing.

    Feel free to visit my blog; best CBD for dogs

  33. Its such as you learn my thoughts! You appear to know a lot approximately this, like you wrote the book in it or something.
    I believe that you can do with some % to pressure the message home a little
    bit, but other than that, that is magnificent blog.
    A fantastic read. I’ll definitely be back.

    Here is my web blog: cbd oil for sleep

  34. Wow, awesome weblog layout! How long have you ever been blogging for?

    you make running a blog look easy. The whole look of your site is
    excellent, as smartly as the content!

  35. Aw, this was a really good post. Taking the time and actual effort to create a good article… but what can I say… I put things off
    a whole lot and never seem to get anything done.

  36. Pretty part of content. I simply stumbled upon your weblog and in accession capital to say that I
    acquire actually enjoyed account your weblog posts.

    Anyway I’ll be subscribing to your feeds and even I achievement you get entry to persistently fast.

  37. Undeniably believe that which you said. Your
    favorite reason seemed to be on the net the easiest thing to be aware
    of. I say to you, I definitely get annoyed while people consider worries that they plainly don’t know
    about. You managed to hit the nail upon the top and defined out the whole
    thing without having side effect , people can take
    a signal. Will likely be back to get more. Thanks

  38. Heya i am for the primary time here. I came across this board and I find It really helpful & it
    helped me out much. I hope to offer something back and
    help others like you helped me.

  39. Wow, wonderful blog layout! How long have you been blogging for?
    you made blogging look easy. The overall look of your web site is great, let alone the content!

  40. I am really loving the theme/design of your web site.
    Do you ever run into any browser compatibility problems? A number of my blog visitors have complained about my blog not working correctly
    in Explorer but looks great in Chrome. Do you have any solutions
    to help fix this problem?

  41. Does your blog have a contact page? I’m having problems
    locating it but, I’d like to send you an e-mail.
    I’ve got some recommendations for your blog you might
    be interested in hearing. Either way, great website and I look
    forward to seeing it grow over time.

  42. My family members all the time say that I am killing my time here at net, except I
    know I am getting know-how daily by reading such fastidious articles.

  43. Do you presently have moles or unpleasant skin tags?
    Have you longed to get rid of those annoying
    acnes on your skin? The Skincell Pro skin tag remover
    is a reliable product from 100% natural ingredients created to safely as well as quickly remove skin tags, moles, as well as blemished skin.
    It’s created to eliminate skin moles as well as tags in as low as eight hours level.
    This effective, quick-acting formula job conveniently and also swiftly, to help you do away with those undesirable moles without the help of medical professionals or surgery. https://sites2000.com/story9267301/skincell-pro-store

  44. I am really grateful to the owner of this web site who has shared this wonderful article at at this time.

    Here is my website … best CBD gummies

  45. I was able to find good advice from your content.

    Review my website CBD gummies for anxiety

  46. Definitely consider that which you said. Your favourite justification seemed to be
    on the internet the easiest thing to understand of.

    I say to you, I definitely get irked while other folks consider worries
    that they plainly do not realize about. You controlled to hit the nail upon the
    top and defined out the whole thing without having side-effects , people can take a signal.
    Will probably be back to get more. Thanks

    Look into my site – CBD gummies for anxiety

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Cresta Help Chat
gönder